Mikroavtobus yük avtomobili ilə toqquşdu - Yaralılar var 

10:41 29.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42-də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.

Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.